Home Dünya xəbərləri Paşinyanın saatını oğurlayanlar tutuldu

Paşinyanın saatını oğurlayanlar tutuldu

333
0
SHARE

Ermənistanın Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da etiraz aksiyaları zamanı baş nazir Nikol Paşinyanın iqamətgahından bir sıra əşya və sənədlər oğurlayan 3 nəfər şəxsi saxlayıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, oğurlanmış əşyalar həmin şəxslərin üzərində tapılıb.

Onlar öz əməllərini etiraf ediblər.

Qeyd edək ki, noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Yerevanda etiraz aksiyaları başlayıb.

Bir qrup etirazçı Nikol Paşinyanın iqamətgahına daxil olaraq oradan kompüter, saat, ətir, sürücülük vəsiqəsi, hərbi bilet və digər əşyalar oğurlayıb.