Home Manşet Hikmət Babaoğlu: İlham Əliyev Qarbağ fatehi kimi adını tariximizə qızıl hərflərlə yazdırdı

Hikmət Babaoğlu: İlham Əliyev Qarbağ fatehi kimi adını tariximizə qızıl hərflərlə yazdırdı

240
0
SHARE

Azərbaycan mütləq bir qələbə əldə edib. Qələbənin miqyası olduqca böyükdür. Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən doğuşu, tarixidir. Bu qələbə Ermənistanın kaputlyasiya aktına qeyd-şərtsiz imza atması ilə nəticələnib. Əldə olunan böyük tarixi qələbə bütövlükdə regionumuzda yeni geostrateji reallıq yaradacaq qədər böyük qələbədir. Çox mürəkkəb tarixi mərhələdən keçdik. 44 günlük müharibə tarixində hər hansı kiçik səhv böyük faciələrə səbəb ola bilərdi .30 ilə qədər davam edən danışıqlar prosesində Azərbaycan xalqının səbri, dəyanəti, dözümü sınağa çəkildi. Ancaq Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə idarəerməyi bacardı. Qələbəmizi diplomatik siyasi müstəvidə də möhkəmləndirdi. Müharibələri başlatmaq bəzən asan olur. Ancaq onu bitirmək və müharibədə əldə etdiyini axıra qədər əldə saxlamaq bəzən ondan da çətin olur. Biz 44 günlük prosesdə qələbəni təmin edəcək bütün komponentlərin hamısının necə ustalıqla təmin edildiyini gördük. Azərbaycan Ordusu döyüş meydanında qələbəni təmin etdi və bu qələbə siyasi diplomatik müstəvidə qorundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı. Bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq iqtidar birliyi olduğu təqdirdə ən çətin məsələlər belə həll olunur. Azərbaycan xalqı bu qələbə əhval ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu qələbə Azərbaycan xalqına, xalq da bu qələbəyə layiqdir. Çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi qələbəsini təmin etdi. Diplomatik ,siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevirildi ! İlham Əliyev Qarbağ fatehi kimi adını hərbi –siyasi tariximizə qızıl hərflərlə yazdırdı ! Son 200 illik tariximizdə ilk dəfə torbaqlarımızı azad müzəffər sərkərdə oldu !2020-ci ilin iknici həftəsi ən yeni siyasi tariximizə Böyük Zəfərlər həftəsi kimi yazıldı !