Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələri, o cümlədən Şuşa şəhərinin işğaldan azad olunması, Ermənistanla Azərbaycan arasında illərdən bəri davam edən münaqişənin nizama salınması barədə 2020-ci il noyabrın 10-da müqavilə imzalanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazmaqda davam edirlər.
Trend məktublardan bəzilərini təqdim edir.
Elza Nağıyevadan, İstanbul, Türkiyə
Möhtərəm Prezidentimiz.
Bizə yaşatdığınız bu qürur və sevinc üçün Sizə və Azərbaycanın müzəffər Ordusuna çox təşəkkürlərimi bildirirəm.
Türkiyədə olmağımıza baxmayaraq, müharibənin ilk günlərindən qəlbimiz Azərbaycanla döyündü. Bu Vətən Müharibəsinin ilk günlərindən iki oğlum və kürəkənim bütün vətənsevər övladlar kimi müharibəyə getmək üçün İstanbuldakı Azərbaycan Konsulluğuna müraciət edib qeydiyyata düşmüşdülər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin.
Elçin Harunovdan, Şəki, Azərbaycan
Dəyərli ölkə başçımız, çiçəklənən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyev.
Bizlərə yaşatdırdığınız qələbə sevincinə və ən əsası da Azərbaycan Respublikasının qurucusu, yaradıcısı, dahi şəxsiyyət Heydər Əliyevin Sizə etdiyi vəsiyyəti şərəflə yerinə yetirdiyinizə görə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və mən fəxr edirəm ki, Sizin kimi dahi, insani dəyərləri yüksək tutan Prezidentim, Ali Baş Komandanım var. Biz birlikdə güclüyük! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Alim Fəttahovdan, Kəlbəcər, Azərbaycan
Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.
Mən öz adımdan və ailəm adından Sizə Kəlbəcər və digər işğal olunmuş rayonlarımızın azad olunması münasibətilə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram. Sizin uğurlu siyasətiniz və şanlı ordumuzun qəhrəmanlıqları nəticəsində ərazi bütövlüyümüz tam bərpa olundu və mən artıq məcburi köçkün deyiləm. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Eşq olsun Sizə! Allah Sizi və ailənizi qorusun. Sizə və şanlı Ordumuza Allahdan daha da böyük qüvvət arzulayırıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Elbrus Məmmədovdan, Şəmkir, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən də bir Azərbaycan vətəndaşı kimi qələbə qazandığımız üçün çox sevinirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Doğma torpaqlarımız işğaldan azad edildiyi üçün Sizə çox minnətdaram.
Allah Sizin kölgənizi bizim başımızın üzərindən əskik etməsin. Allah cəbhədə olan igid əsgərlərimizi qorusun. Qazilərimizə isə Allah şəfa versin. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yerləri cənnətməkan olsun, İnşallah. Bu günümüzə çox şükür, min şükürlər olsun. Bir daha Sizə minnətdaram, cənab Prezidentimiz.
Zivər Bəylərovadan, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi və bütün Azərbaycan xalqını böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu zəfərdə Sizin uzun illər həyata keçirdiyiniz müdrik diplomatik, iqtisadi və hərbi strategiyanız, Ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi vardır.
Siz Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldınız. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də xalqın qaliblik hisslərini bərpa etdiniz. Sizə çox minnətdarıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin.
Rövşən Əliyevdən, Ağdam, Azərbaycan
Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz, Azərbaycanın Milli Qəhrəmanı İlham Heydər oğlu Əliyev.
Sizin işğaldan azad olunmuş Qarabağ torpaqlarına uğur və nur gətirən səfəriniz Azərbaycan xalqını, dünya azərbaycanlılarını və hərbçilərimizi daha da ruhlandırır. Bilirik ki, ayağınız uğurludur, Qarabağa ancaq xoşbəxtlik gələcək.
Sizin simanızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bizə dəstək olan bütün dövlətləri Birinci Qarabağ müharibəsi veteranı, II qrup Çernobl əlili kimi təbrik edir və Sizə Uca Allahdan uzun ömür, cansağlığı arzu edirəm.
Şəmistan Məmmədovdan, Göyçay, Azərbaycan
Müzəffər Ali Baş Komandan İlham Əliyev.
İlk növbədə Sizi salamlayır, ailəm və öz adımdan Sizə və müzəffər Ordumuza minnətdarlığımı bildirmək istəyirəm. Uca Allah Sizi, Ordumuzu və bütün xalqımızı qorusun. Bu möhtəşəm Qələbənin banisi Sizsiniz. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Aygün Bağırovadan, Bakı, Azərbaycan
Hörmətli Prezidentimiz, müzəffər Ali Baş Komandan.
İşğal altında olan torpaqlarımız uğrunda apardığınız Vətən müharibəsinin qalibiyyətlə sonlandırmağınız münasibətilə Sizi təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbənin memarı Sizsiniz. Bu şanlı yolda Sizin sözlərinizə istinad edərək “dəmir yumruq kimi” daim Sizin yanınızdayıq, cənab Prezident. Sizə yazılası ürək sözlərim o qədər çoxdur ki, sadəcə bunu ifadə etməkdə kəlmələr acizdir. Siz bizim qürurumuz, fəxrimizsiniz. Allahdan Sizə cansağlığı və uzun ömür arzulayıram. Uca Yaradan Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycanın möhtərəm və möhtəşəm Prezidenti cənab İlham Əliyev!
Vidadi Sadıqovdan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən Füzuli rayonunun Arışlı kənd sakini və birinci Qarabağ müharibəsi veteranı olaraq Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Biz, bütün xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşmişik. Bu dəmir yumruqla erməni təcavüzkarlarına, vandallarına qarşı gücümüzü sübut etdik, intiqamımızı aldıq.
Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin xalqımıza yaşatdığınız sevincin həddi-hüdudu yoxdur. Biz çox xoşbəxt xalqıq ki, onun Sizin kimi əvəzolunmaz Lideri var.
Allah Sizi qorusun!
Səfayə Əliyevadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Mənim adım Səfayətdir. 5-ci sinifdə oxuyuram. 10 yaşım var. Mən əslən Kəlbəcər rayonundanam.
Mən Sizə təşəkkür edirəm. Çünki, Siz Azərbaycan xalqının, eləcə də mənim valideynlərimin 30 il həsrətini çəkdikləri doğma torpaqlarını geri qaytardınız. Sizə və Milli Ordumuzun bütün qəhrəman əsgərlərinə minnətdarıq. Bizi dəstəklədikləri üçün türk xalqına və dövlətinə təşəkkür edirik. Allah onların da yardımçısı olsun!
Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Müslüm Abbasovdan, Sumqayıt, Azərbaycan
Otuz illik həsrəti qələbə ilə başa çatdıran, qələbəni isə tarixə qızıl hərflərlə həkk etirən yenilməz Sərkərdəm.
Sizi və xalqımızı bu gün münasibətilə şəhid atası kimi, səmimi qəlbdən təbrik edirəm. Siz mənim, eyni zamanda, bütün şəhid ailələrinin yaralı qəlbinə bu qələbə ilə su səpmiş oldunuz. Mən inanırdım ki, yenilməz Ordumuz Sizin uzaqgörən siyasətiniz sayəsində düşmənin layiqli cavabını verəcək. Qardaş Türkiyənin mənəvi dəstəyi də bizə güc verdi. Ata vəziyyətini yerinə yetirdiyiniz üçün biz atalar Sizinlə qürur duyuruq.
Hər gün efirlərdən bu şad xəbərin nə vaxt veriləcəyini gözləyirdim və 10 noyabr – şəhidlərin qisas günü, torpaqların işğaldan azad olunduğu gün, anaların, gəlinlərin, övladların göz yaşlarına son qoyulduğu gün gəldi.
Siz mənim qəlbimdə qızıldan büstü qoyulmuş, heç vaxt unudulmayan Ali Baş Komandanımızsınız.
Ağalar Tağıyevdən, Lerik, Azərbaycan
Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının xilaskarı.
Sizi və Azərbaycan xalqını bu möhtəşəm qələbə munasibəti ilə təbrik edirəm. Balanslaşdırılmış, uzaqgörən, səbrli xarici və daxili siyasətin, düzgün hərbi strategiyanın nəticəsi bax budur.
Cənab Prezident, Azərbaycan xalqı öz tarixi boyu heç bu qədər sevinməmişdi. Bu sevinci Siz bizə bəxş etdiniz.
Hörmətli Prezident, mən bu məktubu yazarkən göz yaşlarımı saxlaya bilmədim, hər şey insana yuxu kimi gəlir. Mümkün olmayanı mümkün etdiniz, xalqımızın qürurunu özunə qaytardınız.
Cənab Prezident, mən 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin siyasi kursunuzu daim dəstəkləyirəm.
Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə, Sizin ilk çıxışlarınızı eşidəndə, əmin oldum ki, Sizin ziyalılığınız, kubarlığınız, humanizminiz, uzaqgörənliyiniz, savadınız Azərbaycan xalqıni xilas edəcək və onu zirvələrə qaldıracaq. Belə də oldu.
Sizinlə fəxr edirik, cənab Prezident. Mən müəlliməm. Azərbaycanın muəllim ordusu daim arxanızdadır. Bir sözlə, bütün Azərbaycan xalqı adından, ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu çətin və şərəfli yolda Sizə uğurlar arzulayırıq.