Home Manşet Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər

Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər

334
0
SHARE

Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyaları bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyaların üzvləri və məsul edilmiş şəxsləri üçün 2 günlük seminar-təlimlər təşkil etmişdir. Seminar-təlimlərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Tamam Cəfərova və Nigar Arpadarai iştirak ediblər.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Tamam Cəfərova bildirilib.

Seminar təlimlər 2 qrup üzrə təşkil edilmişdir, birinci qurupda deputat Tamam Cəfərova, ikinci qrupda deputat Nigar Arpadarai iştirak etmişdir.

İlk növbədə seminar iştirakçılarını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun parlaq Qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edən Tamam Cəfərova onlara əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasətinin hüquqi əsasları, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi sahəsində yaradılmış milli qanunvericilik, bu sahədə əldə edilmiş nailiyyətlər haqqında ətraflı məlumat vermişdir. Millət vəkili vurğulamışdır ki, Azərbaycan qadın hərəkatının lideri kimi, ölkəmizdə qadın hərəkatının, dövlət qadın siyasətinin inkişafında və yeni mərhələyə keçməsində, qadınların dövlət idarəetməsində və seçkili orqanlarında təmsilçiliyinin artırılmasında, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində və Azərbaycan qadınının dünyada ən yüksək səviyyədə təmsil olunmasında Azərbaycan Respublikasının I Vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.

Yerli özünüidarəetmə orqanlarında qadın bələdiyyə üzvlərinin təmsilçiliyinin 39%-ə qədər yüksəlməsinin, onların fəaliyyəti üçün yeni imkanların yaradılmasının ölkəmizdə də uğurla həyata keçirilən gender siyasətinin tərkib hissəsi olduğunu deyən millət vəkili bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyaların işinin gücləndirilməsilə bağlı tövsiyələrini vermiş, qadın bələdiyyə üzvlərinə fəaliyyətlərində uğurlar arzulamışdır.

Seminar-təlimin moderatoru Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının İcracı katibi Tofiq Həsənov çıxış edərək qeyd etmişdir ki, ölkədə uğurla aparılan gender siyasətinə uyğun olaraq 15 bələdiyyədə bu ilin sentyabr ayında gender əsaslı komissiyalar yaradılmışdır. Həmin komissiyaların fəaliyyəti üçün ilkin mərhələdə Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən texniki dəstək göstərilmiş və aidiyyəti qurumlar tərəfindən yeni komissiyaların işinin gücləndirilməsi üçün bir neçə mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Seminar təlimdə digər çıxış edənlər bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi, qadınların qərar qəbul edilməsi prosesində fəallığının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və digər sahələr üzrə tövsiyələrini bildirdilər. Qeyd olundu ki, seminar iştirakçılarının təkliflərinə əsasən gender əsaslı büdcə layihəsinin tərtib olunması və yeni layihələrin hazırlanması məqsədilə 2020-ci ilin dekabr ayında növbəti seminar- təlim keçiriləcək.