Home Dünya xəbərləri Moldova Baş naziri koronavirusa yoluxub

Moldova Baş naziri koronavirusa yoluxub

346
0
SHARE

Moldovanın Baş naziri İon Kiku koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya öz “Facebook” səhifəsində yazıb.

B.Xarya bildirib: “COVID 19 virusu üçün xarakterik olan bəzi simptomların ortaya çıxması səbəbindən Baş nazir İon Kiku müvafiq test keçirib. Test müsbətdir. Baş nazir vəzifələrini məsafədən icra etməyə davam edəcək”.