Home Manşet Zəfər paradı Azərbaycan ordusunun gücünü bir daha göstərdi – Arzu Nağıyev

Zəfər paradı Azərbaycan ordusunun gücünü bir daha göstərdi – Arzu Nağıyev

360
0
SHARE

rezident İlham Əliyevin Zəfər paradında çıxışı çox mühüm əhəmiyyət kəsb edən bir sənəddir.

Bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, müharibənin necə başlanması və necə nəticələnməsi çox mühüm məsələdir: “Bununla bağlı gedən hazırlıqlar, erməni ordusunun özləri haqqında yaratdığı mifin dağıdılması, eyni zamanda xalqın Ali Baş Komandan ətrafında sıx birləşməsi çox mühüm əhəmiyyət kəsb edirdi. Bundan başqa, kimin dost, kimin düşmən olduğu bir daha özünü biruzə verdi. Məhz Türkiyənin Azərbaycanın yanında olması, mənəvi və siyasi dəstəyi çox mühüm əhəmiyyət kəsb edən məsələ idi.

Cənab Prezidentin çıxışında müasir texnikamızın, müasir texnologiyaya əsaslanan silahlarımızın öz kadrlarımız tətəfindən idarə edilməsi də çox mühüm məsələ kimi qeyd olundu. Bu qələbənin əldə olunmasında təkcə müasir texnologiyalar deyil, Azərbaycanın əsgərində olan ruh yüksəkliyi də bir daha özünü göstərdi.

Ümumiyyətlə, paradda çox mühüm məsələlərə toxunuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə hərbçilərinin də paradda iştirakı xüsusi qeyd edilməlidir. Vətən müharibəsində verdiyimiz 2783 şəhid əvəzinə bu paradda 2783 mehmetcik iştirak edirdi. Bunun özü də çox mühüm məsələdir”.

Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlətçiliyimizin bütün sahələri ilə yanaşı, ordu quruculuğu sahəsində də çox böyük işlərin görülməsinə başlandı və Azərbaycanın müasir ordusu yaradıldı:

“Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi bu sahədə də özünü göstərdi. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edib, bütün sərhədlərimizdə artıq Azərbaycan ordusu durur və bu parad da şəhidlərimizin qanı bahasına başa gəlmiz şanlı qələbənin bariz nümunəsidir.

Bu parad, eyni zamanda bir daha Azərbaycan ordusunun gücünü, müasir hərbi texnika və silahlarla, o cümlədən müasir PUA-lar, reaket sistemləri, hava hücumundan müdafiə sistemləri və digər müasir silah sistemləri ilə təmin olunduğunu göstərdi”.