Home Dünya xəbərləri Braziliyada koronavirusdan ölənlərin sayı 180 minə çatır

Braziliyada koronavirusdan ölənlərin sayı 180 minə çatır

243
0
SHARE

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 53 347 nəfər yoluxub.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 781 799 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 770 nəfər ölüb, ölənlərin ümumi sayı 179 765 nəfər təşkil edir.