Home Manşet Milli Məclisin iclası öz işinə başladı

Milli Məclisin iclası öz işinə başladı

243
0
SHARE

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı, Hesablama Palatasının sədrinin təyin edilməsi, Plenar iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri birinci oxunuşda.