Home Manşet Zəfər paradı göstərdi ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid...

Zəfər paradı göstərdi ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz – Spiker

294
0
SHARE

44 günlük Vətən müharibəsində Azərbaycan silahlı qüvvələrini Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi, Azərbaucan ordusunun qüdrətini bütün dünyaya göstərdi. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçiriən iclasında deyib.

S.Qafarova bildirib ki, Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer alıb: “Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdiməklə yanaşı onu da göstərir ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”.