Home Manşet Fransa İkinci Qarabağ müharibəsində iştirak edən vətəndaşları ilə bağlı istintaqa başlayıb

Fransa İkinci Qarabağ müharibəsində iştirak edən vətəndaşları ilə bağlı istintaqa başlayıb

310
0
SHARE

Azərbaycanın Fransadakı səfirliyi tərəfindən aparılan işlər nəticəsində İkinci Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlarda iştirak edən erməni mənşəli Fransa vətəndaşları tərəfindən törədilən hərbi cinayətlərin araşdırılmasına başlanılıb.

Trend-in məlumatına görə, bu barədə siyasi elmlər namizədi və “Journal Général de l’Europe” jurnalının Yaxın Şərq üzrə tədqiqatçısı Sebastiyan Bussuanın məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə otuz illik nəticəsiz danışıqlardan sonra sentyabrın 27-də döyüşlərin başlamasından sonra onlarla erməni mənşəli Fransa vətəndaşının döyüşçü qismində qanunsuz olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasına göndərildiyi barədə Bakı beynəlxalq ictimaiyyəti məlumatlandırıb:

Məqalədə, həmçinin qeyd olunur ki, qanunsuz olaraq erməni bayrağı altında döyüşlərdə iştirak edən silahlıların Fransaya qayıtdıqdan sonra cəzasız qalması həm də Fransanın özünü də təhlükəyə atır.

Məqalə müəllifinin sözlərinə görə, məhz buna görə Azərbaycanın Fransadakı səfirliyi bu yaxınlarda Dağlıq Qarabağda erməni əsilli Fransa vətəndaşları tərəfindən törədilən müharibə cinayətlərinin araşdırılmasına başlamaq üçün Fransa ədliyyə sisteminə gərəkli dəlilləri təqdim edib.

Səfirlik, həmçinin bu insanların gələcəkdə nə Qafqazda, nə də Fransada təhlükə yaratmaması üçün istintaqın başlanılması və onların ədalət mühakiməsinə çıxarılması ilə bağlı prokurora müraciət edib.

Nəhayət, Fransa məhkəmə sistemi ilkin istintaqa başlayıb. Hazırda polis İrəvandan Fransaya gələn bütün sərnişinləri bölgədə qalma səbəblərini operativ qaydada öyrənmək üçün yoxlayır.