Home Manşet Ceyhun Bayramovla xorvatiyalı həmkarı arasında telefon danışığı olub

Ceyhun Bayramovla xorvatiyalı həmkarı arasında telefon danışığı olub

257
0
SHARE

Dekabrın 15-də xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç Radman ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, C.Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər, habelə ikitərəfli əməkdaşlıq münasibətlərini, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.