Home Dünya xəbərləri Baydendən ilk – Daxili işlər naziri yerli xalqın nümayəndəsi ola bilər

Baydendən ilk – Daxili işlər naziri yerli xalqın nümayəndəsi ola bilər

303
0
SHARE

Cozef Bayden Deb Haalandı ABŞ Daxili İşlər Nazirliyinin başçısı vəzifəsinə namizəd göstərəcək.

Trend-in məlumatına görə, 60 yaşlı Haaland Nyu Meksiko ştatının qərbi-mərkəzi hissəsində yerləşən Albukerk şəhərində məskunlaşan Pueblo xalqının nümayəndəsidir.

Namizəd rəhbər vəzifədə təsdiqlənərsə, Haaland ABŞ-ın yerli amerikan xalqlarından olan ilk nazir olacaq.

Bildirilir ki, Nümayəndələr Palatasının sədri Nensi Pelosi baydenin seçimini dəstəkləyib.

“Prezident onu Daxili İşlər Naziri seçmişdisə, əla seçim etdi” – Pelosi deyib.