Home Manşet Prezidentə minnətdaram ki, məni ailəmə qaytardı – Əsirlikdən qaytarılan hərbçi

Prezidentə minnətdaram ki, məni ailəmə qaytardı – Əsirlikdən qaytarılan hərbçi

214
0
SHARE

Prezident İlham Əliyevə minnətdaram ki, məni ailəmə qaytardı.

Trend-in məlumatına görə, bunu əsirlikdən azad olunan hərbi qulluqçu Mobil Əhmədzadə deyib.

O bildirib ki, noyabrın 8-də Şuşa yolunda döyüşdə yaralanıb: “5 gün meşədə qalandan sonra ermənilər tərəfindən əsir götürüldüm. 35 gün əsirlikdə qişgəncələrə məruz qalmışam. 4 gün reanimasiyada, 31 gün isə həbsxanada saxladılar. Müharibənin bitməsindən xəbərsiz idim. Dekabrın 14-də bizi götürüb təyyarəyə mindirdilər, amma hara getdiyimizi bilmirdik. Bakıda aeroportda bildik ki, artıq azad olunmuşuq. Cənab Prezidentə minnətdaram ki, məni ailəmə qaytardı”.