Home Dünya xəbərləri Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu keçib

212
0
SHARE

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 95 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 95 003 533 nəfərə çatıb. Onlardan 2 029 938 nəfəri ölüb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (23 928 643), Hindistanda (10 557 985) və Braziliyada (8 488 099) qeydə alınıb.