Home Dünya xəbərləri Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü

Rus hərbçisi Ermənistanda qəzaya düşüb öldü

249
0
SHARE

Ermənistanın Gümrü şəhərində baş vermiş qəza nəticəsində rusiyalı hərbi qulluqçu həlak olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, 25 yaşlı hərbçinin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub və yanmağa başlayıb.

Araşdırmalar nəticəsində məlum olub ki, həlak olan hərbçi Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbçisi olub.