Home Cəmiyyət İki dəfə keçiriləcək imtahanlarda ən yüksək nəticə toplanan mərhələ nəzərə alınacaq –...

İki dəfə keçiriləcək imtahanlarda ən yüksək nəticə toplanan mərhələ nəzərə alınacaq – Məleykə Abbaszadə

219
0
SHARE

Bu il iki dəfə keçirilmə şansı verilən imtahanlarda iştirak edən namizədlər üçün ən yüksək nəticənin qeydə alındığı imtahan göstəricisi nəzərə alınacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, imtahanlarda iki dəfə şans verilmə namizədlər və abituriyentlərin xeyrinə olan bir məsələdir: “İmtahan verən şəxslər birinci mərhələdə maksimum hansı balı toplasalar, qəbul üçün həmin baldan istifadə edə bilərlər.”