Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı sənədin tələb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasadə deyib ki, ötən il namizədlərdən yalnız koronavirusa yoluxma ilə bağlı bəyannamə tələb olunmuşdu:
“Bu il də eyni qayda olacaq. Hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, o, xəstə deyil və xəstə şəxslə təmasda olmayıb. Ötən il olduğu kimi bu il də hərarəti olanlar imtahana buraxılmayacaq”.