Rumıniyanın paytaxtı Buxarestdə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.
102 nəfər xəstəxanadan təxliyə edilib.
Qeyd olunur ki, yanğının qarşısını almaq mümkün olub. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.