Home İdman Azərbaycanda batut gimnastikası üzrə dünya çempionatının vaxtı dəyişdirilib

Azərbaycanda batut gimnastikası üzrə dünya çempionatının vaxtı dəyişdirilib

230
0
SHARE

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı və 28-ci Ümumdünya yarışlarının vaxtı dəyişdirilib.

Trend bu barədə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadə məlumat verir.

FIG bu il keçiriləcək bir neçə yarışın tarixini dəyişdirdiyini açıqlayıb.

Belə ki, Bakıdakı batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçirilmə tarixi bir həftə sonraya keçirilib. Yeni qərara əsasən, yarış bu il noyabrın 18-21-də keçiriləcək. Bundan əvvəl çempionatın noyabrın 11-14-də keçirilməsi planlaşdırılırdı

Yaş qrupları arasında 28-ci Ümumdünya yarışlarının keçirilmə vaxtı isə noyabrın 19-22-dən, noyabrın 26-29-a keçirilib.

Yarışların vaxtının dəyişdirilməsi qərarı FIG konqresinin bir il müddətinə, 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına keçirilməsi ilə əlaqədar verilib.