Home Manşet Tahir Rzayev: Ermənistan iflicdir

Tahir Rzayev: Ermənistan iflicdir

317
0
SHARE

“Ermənistanın hərbi-siyasi rəhbərləri Azərbaycanın haqq mübarizəsini, ərazi bütövlüyünü dəstəkləyən, onun qələbələrinə, inkişafına sevinən və bu sevinci xalqımızla bölüşən dövlətlərə, siyasi xadimlərə, insanlara düşmən kimi baxırlar. “Ermənistanı dəstəkləməyən düşmənimizdir” şüarı bu gün millətçi erməni siyasətçilərinin əsas devizidir və onlar haqsız olaraq öz çirkin prinsiplərini yetirməyə çalışırlar, utanmadan bunu ən mötəbər tədbirlərdə, görüşlərdə belə bəyan etməkdən çəkinmirlər.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu günlərdə AŞPA-da erməni nümayəndə heyəti üzvlərinin “müharibə əsirləri” barədə təxribatçı təkliflərinin nəzərə alınmaması millətçi erməniləri ciddi məyus etmiş, onlar “AŞPA-da bizi satdı” qənaətinə gəlmişlər.

“Ermənistanın xarici işlər naziri Ara Ayvazyan İranın xarici işlər naziri Cavad Zərif ilə görüşü zamanı Azərbaycana dəstək verdiyi, qələbə münasibəti ilə xalqımızı təbrik etdiyi üçün ondan narazı qaldığını açıqcasına büruzə vermişdir. Müharibə dövründə də erməni rəhbərləri, siyasətçiləri Rusiyanı, İsraili, Ukraynanı və digər ölkələri xain, satqın, Azərbaycanın tərəfini saxlayan adlandırmaqdan çəkinmədilər. Erməni təcavüzkarlarının hərəkətlərindən, söylədiklərindən belə bir nəticəyə gəlmək olur ki, hansı bir ölkə onların faşist ideologiyasını, terrorçu əməllərini, haqsız mövqeyini dəstəkləmirsə, o insan, ya ölkə düşməndir, ədalətsizdir. Yanlış mövqe və məntiqsiz fikirlərdir. Əgər bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə və bu ən mötəbər beynəlxalq sənədlərdə əksini tapmışdırsa, Qarabağ Azərbaycanın tarixi ərazisidirsə, dövlətimiz özünün haqlı olduğunu sübut edib ərazilərini düşməndən təmizləyirsə, dünya və ağlı başında olan ölkə rəhbəri, siyasətçi bunu necə dana bilər?

Erməni xalqının başbilənləri yalanlara, böhtanlara, xülyalara uyduğundan və dünyanı da şeytan libasında gördüklərindən həmişə özlərinə şərik axtarırlar və bu axtarışlar bu gün də davam edir. Ancaq çox təəssüf. Artıq erməni fitnəkarlığı, xəyanəti, faşizmi dünyaya bəyandır və sözsüz ki, bundan sonra onların çirkin əməlləri həyata keçməyəcəkdir. Azərbaycan erməni xofunu tamamilə dağıtdı, erməni faşizmini, onun bu gününü və sabahını açdı. Ermənistan adlı müstəqil bir dövlətin olmadığını 44 günlük müharibə dövründə bütün dünyaya sübut etdi. Artıq erməni yalanları ayaq açıb yeriyə bilmir və o iflicdir”, deyə Tahir Rzayev bildirib.