Home Manşet Mərkəzin fəaliyyətə başlaması uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir

Mərkəzin fəaliyyətə başlaması uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir

262
0
SHARE
“Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması regionda uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir”.
Bunu politoloq Nurlan Qələndərli deyib.
N.Qələndərlinin sözlərinə görə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bölgədə gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradacaq: “Məlumdur ki, effektiv nəzarət mexanizmi rolunu oynayan Mərkəzin funksiyalarına atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək məsələləri daxildir. Şübhəsiz ki, bu istiqamətlər üzrə səmərəli fəaliyyətin təşkil olunması sabitliyin qorunması kimi strateji hədəfə nail olmağa imkan verməklə yanaşı, bölgədə gələcək əməkdaşlıq üçün etibarlı zəmin və yeni perspektivlər yaradacaq.
Türkiyə hərbçilərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində xidmətə başlamaları  kontekstində politoloq iki ölkə arasında əməkdaşlıqla bağlı fikirlərini də bölüşüb: “Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək zirvədə olması reallıqdır. Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi, inkişafı da daim diqqət mərkəzindədir. Bütövlükdə, iki ölkə arasında çoxşaxəli əməkdaşlıq həm regional, həm də beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə fundamental töhfədir”.
Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamaları Vətən müharibəsində qələbə qazanmış Azərbaycanın yeni geosiyasi reallıqlar yaratması nəticəsində mümkün olub. Ümumiyyətlə, Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqaz bölgəsində həm sabitlik və təhlükəsizlik, həm də dayanıqlı regional inkişaf üçün müstəsna əhəmiyyətə malikdir”, – deyə N.Qələndərli vurğulayıb.