2020-ci ildə Azərbaycanda hüquqi və fiziki şəxslər 183 ölkə ilə ticarət əməliyyatları keçirib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Azərbaycandan 111 ölkəyə məhsul ixrac edilib, 172 ölkədən isə məhsul idxal olunub.
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 24,2 milyard dollar, o cümlədən 13,4 milyard dollar ixrac və 10,7 milyard dollar idxal təşkil edib. Ticarət balansında müsbət saldo 2,7 milyard dollara bərabər olub.
2019-cu illə müqayisədə xarici ticarət dövriyyəsi 21,9 faiz, idxal 36 faiz, ixrac isə 12 faiz azalıb.