“Türk hava yolları” aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.
Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:
“Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq”.
Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.