Home Manşet “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələnməsi layihəsidir”

“Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələnməsi layihəsidir”

231
0
SHARE

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən yeddinci iclasında 18 ölkənin, 19 şirkətin və 5 aparıcı beynəlxalq maliyyə təsisatının iştirak etməsi bu layihənin çox böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışında bu layihəyə mühüm dəyər verərək bildirmişdir ki, burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Cənun Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələnməsi layihəsidir.
On il bundan əvvəl bir ideya kimi meydana gələn və 2014-cü ildə istismarına başlanılıb, 6 ildə tikintisi başa çatdırılan, 3500 kilometrlik qaz kəmərinin istismara verilməsi nəinki Azərbaycan, eləcə də Avropa ölkələri üçün çox önəmlidir. Aralıq dənizi ilə Adriatik dənizini birləşdirən bu kəmər nəinki iqtisadi, eləcə də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bu layihə həm də dövlətlər arasında sülhün, qarşılıqlı anlaşmanın təmin edilməsinə xidmət edir. Ölkəmizin rəhbəri Cənab İlham Əliyev öz çıxışında bu amillərə diqqəti cəlb etməklə, layihənin həyata keçirilməsində fəal iştirak edən dövlətlərə, beynəlxalq maliyyə qurumlarına, şirkətlərinə öz təşəkkürünü bildirməklə, həm də gələcək perspektivlərdən söz açaraq qeyd etmişdir ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşması tarixi nailiyyətdir, əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var.

Əlbəttə ki, yeni plan deyiləndə layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi nəzərdə tutulur ki, bu da Avropanın enerji təhlükəsizliyinin daha dolğun təmin edilməsinə bir zəmanətdir. Mühüm qaz layihələrinin həyata keçirilməsi Azərbaycanın həm də bir tranzit ölkə rolunda iştirakını reallaşdırır.

Türkmənistanla birlikdə istismar ediləcək “Dostluq” yatağından əldə ediləcək məhsullar bunu deməyə imkan verir. Sözsüz ki, dövrün reallıqları və genişlənən əməkdaşlıq daha əhəmiyyətli layihələrin meydana gəlməsinə zəmin yaradır və həm də Azərbaycanın bu prosesdə fəal iştirakına imkan verməklə, ölkəmizin iqtisadi gücünü və beynəlxalq nüfuzunu artırır.