Home Manşet Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır, pozuntular aşkarlanıb

469
0
SHARE

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

Bu barədə tan.az-a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını tan.az-a təsdiqləyib:

“Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.