Home Manşet Siyasi dialoqun Azərbaycan modelinin formalaşmasında qanunverici hakimiyyətinin rolu

Siyasi dialoqun Azərbaycan modelinin formalaşmasında qanunverici hakimiyyətinin rolu

262
0
SHARE

Parlamentarizmin ən yeni tarixini sırf siyasi münasibətlər kontekstində qiymətləndirməyə çalşsaq görəcəyik ki bu tarix həm də siyasi dialoq və əməkdaşlıq tarixi kimi də qiymətləndirilə bilər. Çünki demokratik cəmiyyətlərdə ənənəvi olaraq parlamentlər xeyli sayda müxtəlif siyasi partiyalardan təşkil olnunur ki, buradakı təmsilçilik proporsiyasını da xalqın iradəsi yaxud elektoratın səsi təyin edir. Ona görə də vahid fəaliyyət məkanı özlüyündə bu fəaliyyətin səmərəli təşkili üçün əməkdaşlıq tələb edir. Bu da dialoqsuz mümkün deyil. Bu mənada hətta siyasi sistem qarşıdurma vəziyyətində olsa belə əksər hallarda parlamentlər əsasən dialoqa köklənmiş olurlar. Dolayısıyla parlament siyasi münasibətlərdə dialoq mühitini yaratmaq üçün ortaq məkan olmaqla həm də siyasi gərginlliyi azaldan, onu amartizə edən siyasi yastıq rolunu oynayır. Bundan başqa nəzərə almaq lazımdır ki, parlamentdə təmsil olunan hər bir siyasi partiya əslində xalqdan mandat almaqla bu təmsilçilik hüququnu qazandığı üçün paralel olaraq cəmiyyətin müəyyən hissəsini də dialoq ovqatına kökləyə bilir. Bunula da dialoqdan kənarda olan partiyalar üçün də bir növ nümunə yaxud rol model təşkil edir. Yəni, öz fəaliyyəti ilə siyasi dialoqu təşviq və motivasiya edir. Nəticədə, bütövlükdə siyasi sistemdə əməkdaşlıq platformasının çərçivəsi daha da genişlənmiş olur. Elə Azərbaycan təcrübəsi də bu mənada istisna təşkil etmir. Hazırda Azərbaycan parlamentində 10-dan çox siyasi partiya təmsil olunur. Bu isə yuxarıda səsləndirdiyimiz məntiqə əsasən artıq özlüyündə dialoq platforması yaradır. Hamıya məlumdur ki, Milli Məclisin hazırki tərkibi məhz 2018-ildən sonra Azərbaycanda daha da dərinləşən siyasi islahatlar kontekstində reallaşıb. Ölkəmizdə hakim Yeni Azərbaycan Partiyası öz sədri, Prezident İlham Əliyevin islahatlar siyasətinə dəstək məqsədilə parlamentin özünü buraxması və növbədənkənar seçkilərə getməsi haqqında qərar qəbul edib. Beləliklə, siyasi islahatların miqyası və əhatəsi daha da genişlənib. Ancaq bu da məsələnin hamısı deyil. 2020-ci il Parlament seçkilərindən sonra yaranan yeni siyasi reallıq həm də parlamentarizm tariximizdə müxalifət partiyalarının yeni iyerarxik strukturunu formalaşdırmışdır. Nəticədə, bu yeni model bütövlükdə qeyri-parlament müxalifətinə də pozitiv ismarıc verməklə siyasi sistemin sosial seqmenti funksiyası rolunu oynamağa başlayıb. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev yeni tərkibdə formalaşan parlamentdə çıxış edərkən bu hadisəni Parlamentarizm Tariximizdə yeni siyasi konfiqurasiya kimi xarakterizə etməklə onu yüksək qiymətləndirdi. Çox keçmədən bu pozitiv siyasi hadisə bir növ siyasi tenedensiyaya çevirilməyə başladı və nəticədə Vətən müharibəmizdə tarixi qələbəmizin əldə edilməsində milli gücümüzü real əsaslarda artıran faktorlardan birinə çevirdi. Mən burada fikirimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, Biz bu gün Azərbaycan modeli kimi səciyyələndirə bildiyimiz islahatların uğurla baş tutması və daha da dərinləşməsində Azərbaycan Parlametinin özünəməxsus yeri və rolu olduğunu əminliklə deyə bilərik.