Home Cəmiyyət Real TV-nin üç yaşı tamam olur

Real TV-nin üç yaşı tamam olur

347
0
SHARE

Bu gün Real TV-nin yaranma günüdür.

Trend-in məlumatına görə, televiziyanın fəaliyyətə başlamasından üç il ötür. “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

Ötən illər ərzində Real TV xəbər kanalı olaraq uğurlu fəaliyyət göstərib, eksklüziv xəbər və müsahibələr yayımlayıb.

Real TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Trend kollektivi Real TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!