Home Manşet Nizami rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət edilib

Nizami rayonunda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət edilib

303
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı mütəmadi olaraq Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini və qaziləri ziyarət edir, qayğı və problemləri ilə maraqlanır, onlara dəstək olurlar. Elə Novruz bayramı münasibətilə də belə ziyarətlər təşkil olunub.

Görüşlər zamanı Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva şəhidlərimizin və qazilərin keçdiyi döyüş yolundan söhbət açıb. Deputat bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşüb: “Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub”.

Ziyarət zamanı dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib, şəhid və qazi ailələrinə köməklik olunub. Qazilər və şəhid ailələrinin üzvləri də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, YAP Nizami rayon təşkilatı Novruz bayramı münasibətilə rayonun 200 aztəminatlı ailəsinə də yardımlar çatdırıb.