Home Cəmiyyət Quba-Xınalıq yolu qardan təmizlənir (FOTO)

Quba-Xınalıq yolu qardan təmizlənir (FOTO)

542
0
SHARE

Quba-Xınalıq yolu qardan təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, şimal bölgəsinə yağan qar Quba-Xınalıq yolunda da müşahidə olunur.

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yola xüsusi texnikalar cəlb olunub. Nəqliyyat vasitələrinin rahat gediş-gəlişi üçün yol qardan təmizlənir.