Home Manşet Nquen San Fuk Vyetnamın yeni prezidenti seçilib

Nquen San Fuk Vyetnamın yeni prezidenti seçilib

295
0
SHARE

Vyetnam Sosialist Respublikasının (VSR) Milli Məclisi (bir palatalı parlament) Nquen San Fuku ölkənin yeni prezidenti seçib..

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, parlamentin nəzarət komissiyasından bildirilib ki, 2016-cı ildən bəri Vyetnam Sosialist Respublikasının Baş naziri vəzifəsində çalışan Nquen San Fukun namizədliyini deputatlarının 97.08 faizi dəstəkləyib.

Xatırladaq ki, VSR-in Milli Məclisi konstitusiyaya görə ölkə rəhbərliyini təyin və vəzifədən azad etmə səlahiyyətinə sahib olan ali orqandır.