Home Cəmiyyət Xalq artisti Rəmiş vəfat edib

Xalq artisti Rəmiş vəfat edib

220
0
SHARE

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

Bu barədə Trend-ə xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.

O, R. Hüseynovun bir qədər əvvəl vəfat etdiyini deyib.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.