Home Manşet Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür – İsrailli jurnalist

Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür – İsrailli jurnalist

381
0
SHARE

Erməni işğalından azad edilmiş Ağdama səfər edən İsrailli jurnalist Dean Şumel Elmas məscidlərin dağıdılmasının üzücü olduğunu bldirib.

Səfər zamanı Trend-ə açıqlama verən İsrailin “Hayom” qazetinin müxbiri D.Elmas qeyd edib ki, dinindən asılı olmayaraq məscidin dağıdılmasını görmək üzücüdür:

“Bir yəhudi kimi mənim üçün fərqi yoxdur ki, insan yəhudi olsun, xristian olsun və ya müsəlman olsun. Yəhudi kimi mənim üçün gördüyüm iki məscidin dağıdılması çox üzücüdür və hesab edirəm ki, Azərbaycanın qarşısında ən böyük hədəf bundan sonra görüləcək işlərdir”.