Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan xalqı Türkiyə xalqının yanında olduğunu birmənalı şəkildə ifadə etdi

Sədaqət Vəliyeva: Azərbaycan xalqı Türkiyə xalqının yanında olduğunu birmənalı şəkildə ifadə etdi

515
0
SHARE

“ABŞ prezidentinin tarixdə olmamış, yalnız təhrif və yalan üzərində qurulmuş bir hadisəyə dair verdiyi bəyanat böyük təəssüf doğurur. Baydenin bəyanatı heç şübhəsiz ki, NATO-nun ən güclü dövləti olan Türkiyə ilə ABŞ-ın münasibətlərinə təsirsiz ötüşməyəcək. Eyni zamanda, bu bəyanat dünyada yalanın ayaq tutmasına, beynəlxalq hüququn kobud şəkildə pozulmasına presedent olacaq. ABŞ prezidenti bu bəyanatı ilə demokratiya, insan hüquqları haqqında dediyi bütün  ifadələrin də üzərindən qalın xətt çəkmiş olacaq”. Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, əgər ABŞ özünü ədalət və demokratiya müdafiəçisi hesab edirsə, bir əsr öncə olmamış hadisəyə deyil, son 30 il ərzində baş vermiş Xocalı soyqırımını tanımalı, Ermənistanın ötən il beynəlxalq qanunlarla qadağan edilmiş silahlarla Gəncədə, Bərdədə, Tərtərdə onlarla insanı qətlə yetirməsinə siyasi qiymət verməli idi: “Əgər biz bunu görmürüksə, demək ki, ABŞ-ın demokratiya, ədalət, insan hüquqları haqqında bəyanatlarını da boş, mənasız hesab etməliyik. Eləcə də, Baydenin yalnış qərarı, tarixi səhvi ABŞ-ın imicinə də böyük zərbə olacaq. Çünki bu cür bəyanatlar həssas bölgələrdə yaranmaqda olan sülh və əməkdaşlıq prosesini təhdid altında saxlayacaq”.

“Əlbəttə ki, Baydenin qondarma “erməni soyqırımı” haqqında bəyanatı Azərbaycan ictimaiyyəti tərəfindən dərin təəssüflə qarşılandı” –deyən Sədaqət Vəliyeva əlavə edib ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqı Türkiyə xalqının yanında olduğunu birmənalı şəkildə ifadə etdi: “Azərbaycan ictimaiyyəti hesab edir ki, bu cür bəyanatla qardaş Türkiyəyə, bütövlükdə Türk dünyasına zərər vura bilməyəcək, əksinə daha qətiyyətli qərarların verilməsinə, addımların atılmasına gətirib çıxaracaq”.