Home Manşet Sevinc Hüseynova: ABŞ prezidentinin uydurma “soyqırımı” tanıması regionda sülhə və sabitliyə böyük...

Sevinc Hüseynova: ABŞ prezidentinin uydurma “soyqırımı” tanıması regionda sülhə və sabitliyə böyük zərbədir

638
0
SHARE

ABŞ Prezidenti Co Bayden tərəfindən tarixi həqiqətlərin təhrif olunması, erməni təbliğat maşının xəstə təfəkkürünün məhsulu olan uydurma “soyqırımı” tanıması həm Türkiyə, həm də Azərbaycan cəmiyyətində böyük təəssüf hissi doğurur və regionda sülhə və sabitliyə böyük zərbədir. Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Baydendən əvvəl heç bir ABŞ prezidenti həm ikili formatda, həm də NATO çərçivəsində etibarlı müttəfiqi olan Türkiyəyə qarşı belə bir yalnış addım atmamışdılar: “Bu yalışlıq ABŞ-Türkiyə münasibətlərinə çox ciddi təsir göstərəcək. Çünki tarixi hadisələri siyasiləşdirmək qəti qəbulolunmazdır. Türkiyə tərəfindən bu hadisələrin araşdırılması təklif edilsə də özünü dünyada məzlum xalq kimi qələmə verməyə çalışan Ermənistan bu hadisələrin birgə komissiya tərəfindən araşdırılması təklifini qəbul etməyib.

Tarixin saxdalaşdırılması ilə onun siyasi təzyiq məqsədləri üçün istifadə edilməsi qəbuledilməzdir. Bu eyni zamanda Azərbaycan cəmiyyətinə yaxşı tanış olan ikili standartların və qərəzli münasibətin bariz nümunəsidir. Çünki 100 il bundan əvvəl baş vermiş hadisələr yalnış təqdim edildiyi halda 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı hələdə ABŞ dövlət olaraq tanımayıb və bununla bağlı susqunluq nümayiş etdirir. Digər tərəfdən əgər bu gün 100 il əvvəl baş vermiş hadisələr haqqında araşdırma aparmadan danışırlarsa, onda elə 100 il bundan öncə, 1918-ci ildə azərbaycanlılara qarşı da ermənilər tərəfindən soyqırım törədilib, bəs bu haqda niyə bir söz demirlər. Bu bir daha ikili standartların təzahürüdür”.

Deputat bildirib ki, qondarma “soyqırımın” Bayden tərəfindən tanınması uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək aparıldığı lobbizmin nəticəsidir: “Erməni lobbisi həmişə ABŞ-da müxtəlif vəzifəli şəxsləri və konqresmenləri pul vasitəsilə ələ alıb, təsir altına salıb. Hazırda da ABŞ administrasiyası və konqresdə erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmilər var”.

S.Hüseynova vurğulayıb ki, ABŞ prezidentinin bu addımı eyni zamanda regionda yaranmış yeni əməkdaşlıq mühitinə ağır bir zərbədir: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması nəticəsində regionda yeni əməkdaşlıq mühiti yaranıb və Ermənistanın blokadadan çıxması, iqtisadi inkişafı üçün yeni imkanlar açılıb.

Lakin ABŞ-ın indiki vəziyyətdə belə bir addım atması əslində Ermənistanın özünü də zərbə altında qoyur və onun blokadandan çıxmasını əngəlləyir. Bu gün regionda nəqliyyat dəhlizlərinin, sərhədlərin açılması istiqamətində işlər aparılır. Bu baxımdan ABŞ prezidentinin bu addımı regionda nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimk layihələrə ciddi zərbədir. Türkiyə-Ermənistan sərhədi bəlkə də açıla bilərdi, lakin qondarma “soyqırım”ın tanınması bu prosesləri ənəgəlləyir.

Əslində qondarma “soyqırım”ın tanınması heç nəyi dəyişməyəcək, Türkiyəyə hər hansı bir təzyiq imkanına malik olmayacaq çünki ABŞ prezidentinin sözü beynəlxalq məhkəmə deyil, heç bir hüquqi gücə malik deyil, sadəcə olaraq indiyə qədər verilmiş çoxsaylı bəyanatlardan biridir. Əslində ABŞ bununla Ermənistanı daha da pis vəziyyətə qoymuş oldu, regionda sülhə və sabitliyə böyük zərbə vumuş oldu”.