Home Manşet NİZAMİ RAYONUNDA PASXA BAYRAMI MÜNASİBƏTİLƏ RUS İCMASININ ÜZVÜ OLAN ŞƏHİD VƏ QAZİ...

NİZAMİ RAYONUNDA PASXA BAYRAMI MÜNASİBƏTİLƏ RUS İCMASININ ÜZVÜ OLAN ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİ ZİYARƏT OLUNUB

693
0
SHARE

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi Pasxa bayramı münasibətilə Azərbaycan Rus İcmasının üzvü olan şəhid və qazi ailələrini ziyarət edib.

Şəhid Əliyev Denis Aleksandroviçin, qazi Quzlayev Denis Sergeyeviçin ailələri ilə görüş zaman YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, deputat Sədaqət Vəliyevanın köməkçisi dövlətin şəhid ailələri, qazilər üçün həyata keçirdiyi işlər barədə ətraflı məlumat veriblər. Qazi və şəhid ailələrinin üzvləri də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Eyni zamanda, YAP Nizami rayon təşkilatının rəhbərliyi Azərbaycan Tibb Universitetinin Klinik-Cərrahiyyə Xəstəxanasında  müalicə olunan qazi Quzlayev Denis Sergeyeviçə və daha 7 qaziyə də baş çəkib, vəziyyəti ilə maraqlanıb, bayram hədiyyələri təqdim ediblər.