Home Manşet Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür – Peskov

Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür – Peskov

430
0
SHARE

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, V.Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir:

“İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir”.

D.Peskov əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır.