Home Manşet “Xarı bülbül” festivalı tarix yazan Prezidentin və Ali Baş Komandanın dünyanın...

“Xarı bülbül” festivalı tarix yazan Prezidentin və Ali Baş Komandanın dünyanın tarixi yaddaşına müraciəti idi

337
0
SHARE

“Xarı bülbül”  festivalı tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesaljar isə milli yaddaşımıza əbədi həkk olundu! “Xarı bülbül”  festivalı bir daha Azərbaycan mədəniyyətinin necə dərin köklərə mailk olduğunu, mədəni irsimizin necə zəngin olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Uzun illərdən sonra doğma Şuşamızı işğaldan azad etməyimiz və orada ənənəvi mədəniyyət festivalımızı yenidən bərpa etməyimiz Azərbaycan xalqının əzmindən, iradəsindən, qətiyyətindən xəbər verməklə yanaşı, həm də necə böyük mədəniyyət yaradabilmə qabiliyyətini göstərdi. Eyni zamanda, həm də yaratdığımız mədəni irsə sahib çıxmağı bacarmağmızın nümayişi old . “Xarı bülbül”  festivalının proqram zənginliyinə və rəngarəngliyinə gəldikdə isə qeyd etmək lazımıdr ki, bu festival həm də ölkəmizdə tarixən və bu gün də mövcud olan multikultiralizmin, çoxmədəniyyətliliyin və onların harmoniyasının təntənəsi idi. Bütün dünya bir daha gördü ki, Azərbaycanın mədəni irsi öz zənginliyini və dərin köklərini haradan alır, onun qaynaqları etnik və dini tolerantlığa və birgəyaşayışa necə söykənir. Bu isə həm də Azərbaycanın tarixi qələbəsinin əsaslarında duran faktorlardan biridir. Bu zənginliyi, multikultiralizmi, tolerantlığın və birgəyaşayışı mənimsəyə bilməyənlər isə sadəcə ermənilərdir. Çünki onlar regionumuza gəlmədirlər və yerli mədəniyyətlərə qarşı həmişə aqressiya nümayiş etdiri , onu vəhşicəsinə dağıtmağa çalışıblar. Yəni, etno-psixoloji baxımdan onlar özlərini Cənubi Qafqazın etno-landşaftına aid hiss edə bilmirlər. Xislət etibarilə terrorçu və barbardırlar. “Xarı bülbül”  festivalında multi-mədəni dəyərlərimizin, musiqimizin ən yüksək səviyyədə bir daha təqdim edilməsi, əslində, həm də erməni etno-mədəni terroruna verilən yaxşı cavab idi. Festivalda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və bütün dünyaya verdiyi mesajlar isə ayrıca bir tarixi hadisə idi. Bu tarix yazan Prezidentin və Ali Baş Komandanın xalqımızın və dünyanın tarixi yaddaşına müraciəti idi. Bu müraciət və mesaljar isə milli yaddaşımıza əbədi həkk olundu!