Home Manşet “Ermənilərlə qardaş olanların aqibəti bəllidir” KOMİTƏ SƏDRİNDƏN SƏRT İTTİHAM

“Ermənilərlə qardaş olanların aqibəti bəllidir” KOMİTƏ SƏDRİNDƏN SƏRT İTTİHAM

486
0
SHARE

“Eməniləri özlərinin bacıları hesab edən fransızlar bu gün onların əxlaqını qorumaqda çətinlik çəkirlər. Çünki, bacıları istənilən səmtə yönəlirlər və gah Qərbin, gah Avropanın, gah da Rusiyanın qoynuna sığınmaq istəyirlər. Bu isə dönüklükdür, əxlaqa ziddir. Ermənilər bunun fərqində deyillər və əsrlərlə davam edən əxlaqsız vərdişlərindən çəkinmirlər”. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, ancaq bu, fransız qardaşlarını yaman narahat etməkdədir və onlar bacılarını başqalarının yanında görməmək, özlərinə tam təslim etdirmək, xidmətlərindən daha çox yararlanmaq üçün hər bir vasitədən istifadə edirlər.

“Fransa prezidenti Emmanuel Makron başda olmaqla, fransız deputatların əksəriyyəti, bir çox siyasətçilər, ictimai-siyasi xadimlər erməni bacılarının pak, mehriban, insanpərvər, tərbiyəli olduqlarını dünyaya göstərmək üçün dəridən-qabıqdan çıxır, canfəşanlıq göstərirlər. Onlar uzun illər Azərbaycan xalqına bəlalar gətirən, soyqırımlar, faciələr törədən, 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan, heç bir beynəlxalq normalara, qərar və qətnamələrə əməl olmayan şəhər və kənlərimizi, tarixi, dini, mədəni abidələrimizi məhv edən, dünyada analoqu olmayan qəddarlıq, vəhşilik əməlləri törədən erməni bacılarını bəşəriyyətə namuslu, sədaqətli, alicənab bir xalq kimi sırımaq, onların çirkin əməllərinə bəraət qazandırmaq istəyirlər. Fransızlar yanılır və özlərini gülünc vəziyyətdə qoyurlar. Çünki, taylı tayını tapar. Ermənilərlə dost, qardaş olanların aqibəti hamıya yaxşı məlumdur. Onlar onun-bunun qoynuna girməkdə, ona çörək verənə xəyanət etməkdə pərgardırlar. Türkiyəni satdılar, kürəyinə arxadan xəncər saldılar. Azərbaycan torpaqlarına təcavüz etdilər. Ermənilərə daim dayaq olan, onlara dövlət yaradan, onları ölməyə, itməyə, əyilməyə qoymayan Rusiyanı başqalarına dəyişdilər. Bax budur erməni xisləti. Bu xisləti artıq bütün dünya dərk etməkdədir. Fransa öz bacılarının namusunun, qeyrətinin qeydinə qalırsa, onları bəlalardan qorumaq, başqalarının yanında görmək istəmirsə, yaxşı olar ki, öz torpaqlarında, Prisdə, Marseldə onlara yer ayırsınlar və ermənilərin bir çox tənələrini öz üzərlərinə götürsünlər”, deyə Tahir Rzayev bildirib.