Home Cəmiyyət 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

221
0
SHARE

May ayının 16-dan 23-ü tarixlərinədək 121 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən bu tarix ərzində 110 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 2 şəhid ailəsi və qazinin təhsil xərcləri ödənilib.

Qeyd olunub ki, daha 227 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 80 şəxsin tibb xərclərinin ödənilməsi və 13 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.