Home Manşet Ərdoğanın “Sevgi karvanı” Gədəbəydə

Ərdoğanın “Sevgi karvanı” Gədəbəydə

301
0
SHARE
Xəbər verdiyimiz kimi, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Türkiyədən Türkiyə Cümhuriyyətinin Uşaq Oyunları və İdman Federasiyasının təşəbbüsü, Türkiyə Xarici İşlər Nazirliyi, Ailə Nazirliyi, Balıkesir Böyük Şəhər Bələdiyyəsi, və YAŞAT Fondunun dəstəyi ilə hədiyyə karvanı ölkəmizə daxil olub.
Dünən açılışı Tovuz rayonunda baş tutan hədiyyə karvanı bu gün Gədəbəy rayonunda oldu.
Tədbir rayonun Heydər Əliyev Mərkəzində keçirildi. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayev, millət vəkili cənab Arzu Nağıyev, Türkiyə Cümhuriyyətinin Uşaq Oyunları və İdman Federasiyasının prezidenti cənab Mehmet Mutlu və digər rəsmi şəxslər çıxış etdilər. Daha sonra Vətən Müharibəsinin şəhid və qazi övladlarına hədiyyələr təqdim edildi, onlarla söhbət aparıldı. Həmçinin rayonun bir neçə kəndində isə qazi övladlarına fərdi qaydada hədiyyələr təqdim olundu. Bu xeyriyyəçilik işində başda Mehmet Mutlu olmaqla əməyi keçən hər kəsə, o cümlədən tədbirin rayonumuzda keçirilməsində göstərdiyi təşəbbüsə görə millət vəkili Sevinc xanım Hüseynovaya və tədbirin yüksək səviyyədə keçirilməsindəki təşkilatçılığa görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab İbrahim Mustafayevə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Yaşasın, Türkiyə – Azərbaycan qardaşlığı!