Home Manşet Ermənilər yeni reallıqlarla razılaşmalıdırlar KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ermənilər yeni reallıqlarla razılaşmalıdırlar KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

223
0
SHARE

Azərbaycan – Ermənistan sərhədlərinin delimitasiyası dövlətimiz üçün olduqca əhəmiyyətli bir vəzifədir, çünki 30 il işğal altında olduğuna görə ölkəmizin sərhədləri pozulub və erməni təcavüzkarları bu sərhədləri istədikləri kimi müəyyənləşdiriblər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, qələbədən sonra beynəlxalq normalara uyğun olaraq Azərbaycanın sərhədləri dəqiqləşdirilməli və mühafizə olunmalıdır.

“Təəssüflər olsun ki, ermənilər bununla razılaşmır və zəbt etdikləri ərazilərdən çıxmaq istəmirlər. Əlbəttə ki, Azərbaycan hərbiçiləri Ermənistan ərazilərinə daxil olmurlar, onlar beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində mövqe tutur və öz yerlərini möhkəmləndirirlər. Ermənistan isə bunu torpaqlarına müdaxilə kimi qiymətləndirir və süni gərginlik, qarşıdurma yaratmağa çalışırlar. Bu ölkənin hərbi-siyasi hakimiyyəti münasibətləri yaxşılaşdırmağa çalışan Rusiya sülhməramlılarına deyil, başqa-başqa dövlətlərə ABŞ-a, Fransaya, Kanadaya və digərlərinə müraciət etməklə özlərini gülünc vəziyyətinə qoyur və bir-birinə uyğun gəlməyən bəyanatlar səsləndirirlər. Onlar erməni diversiya qrupunun təxribatçı əməllərindən də şou düzəldirlər. Əlbəttə bu, ölkədəki çıxılmaz vəziyyətlə, qarşıdurmalarla, qarşıdan gələn seçkilərlə daha çox bağlıdır və seçkidə səs qazanmaq istəyənlər yenə də faşist ideologiyasından, şovinist hərəkətlərdən əl çəkmək niyyətində deyillər.

Erməni siyasi dairələri “dəmir yumruğun” təsirindən ayılmadıqları bir halda, düşdükləri ağır vəziyyətdən yenə nəticə çıxarmırlar. Ölkəmizin rəhbəri cənab Prezident İlham Əliyevin xatırlatdığı kimi, onlar anlamalıdırlar ki, dəmir yumruq yerindədir və Azərbaycan ordusu hər bir an öz sözünü deməyə, gücünü göstərməyə qadirdir. Artıq yalan, süni şou, yersiz göz yaşları köməyə yetmir. Dövr yeni reallıqlar yaradıb və Ermənilər bu reallıqlarla barışmaldırlar”, deyə Tahir Rzayev bildirib.