Onlayn dünyanın durmadan böyüdüyü zamanda yaşayırıq. Şirkətlər internet vasitəsilə dünyaya özləri haqqında danışmaq istədikləri bir onlayn varlığa ehtiyac duyur. Məhz bu zaman hosting xidməti lazım olur. Hosting termini ingilis sözü olan host (aparıcı) sözündən yaranıb. Bu xidmətin bir çox fərqli variantları, səviyyələri və növləri mövcuddur.
Bu sizin fayllarınızın severlərdə yerləşdirilməsinə və onların internet üzərindən rahat tapılmasına kömək edən onlayn xidmətdir. Hosting xidməti serverin işləməsini nəzarətdə saxlamalı, saytınıza zərər verə biləcək hücumlardan qorumalı və sizin kontentin ziyarətçilər üçün əl çatan olmasını tənzimləməlidir.
Yeni bir sayt açmağa qərar verdiyiniz zaman sizi serverdə yerlə təmin edəcək bir hosting şirkətinə ehtiyyac duyacaqsız. Hosting xidməti əldə etdiyiniz şirkət sizin bütün fayl, resurs və məlumat bazanızı öz serverində saxlayır. Hər dəfə kimsə domen adınızı brauzerə daxil etdikdə hosting şirkətiniz lazım olan bütün məlumatları istifadəçiyə ötürür.
Hosting hesabları saytınızın bütün parametrlərini idarə edə biləcəyiniz interfeysə malikdir. Məsələn, HTML və digər sənədləri serverə yükləyə, WordPress kimi məzmun idarəetmə sistemlərini qura, məlumat bazanıza daxil ola və saytınız üçün ehtiyat nüsxələr yarada bilərsiniz.
World Wide Web vasitəsilə əldə edilə bilən veb saytlar üçün müştərilərə saxlama sahəsi təmin etmək xidməti veb hostinq adlanır. Bu məkan veb hosting xidməti təchizatçıları tərəfindən təmin edilir. Domeniniz yoxdursa, hosting şirkətləri sizə birini almağa kömək edəcəkdir. Müxtəlif istifadə sahələrinə və ehtiyaclara uyğun olaraq, istifadəçilərə fərqli hosting paketləri təklif olunur. Hosting nədir başlığı ilə internetdə axtarış etdikdə, qarşınıza bir çox fərqli veb sayt çıxa bilər. Lakin,səmərəli qiymətlər və yüksək keyfiyyətli xidmət təklif edən yeganə ünvan hostimul.com saytıdır.
Qeyd etdiyimiz kimi, hosting şirkətləri bir neçə növ hostinq xidməti təklif edir. Ən çox yayılmış olanlar, Shared hosting, Dedicated server hosting və VPS (virtual özəl server) hostingləri haqqında danışacağıq.
Paylaşılan hosting: Yeni başlayırsızsa və ya şirkətinizin saytınıza edilən ziyarətlərin sayı çox deyilsə, bu seçim sizin üçündür. Bir neçə veb sayt bir serverdə yerləşdirilir ki, bu da mənbələrin bölüşdürülməsi deməkdir.
Dedicated server hosting: Bu tip hosting veb saytlarda yüksək trafikə sahib olan böyük şirkətlər üçün ən yaxşısıdır. Beləliklə, işiniz böyüyürsə və saytınıza 1000 nəfər ziyarətçi almağa başlasanız, xüsusi server hosting barədə düşünməyin vaxtı gəldi. Bu vəziyyətdə, yalnız bir müştəri üçün bütöv bir server qurulur.
VPS hosting: VPS hosting paylaşılan və xüsusi server hostingin qarışığıdır. Paylaşılan hosting də olduğu kimi bir serveri digər müştərilərlə bölüşürsünüz, lakin bir-birinizə təsir etmirsiniz.
Biz, Hostimul olaraq, xidmətlərimizin keyfiyyətindən qürur duyuruq və bizə əmanət edilən hər bir internet layihəsi üçün hərtərəfli dəstək veririk. Əgər siz də hostinq xidmətləri ilə maraqlanırsınızsa hostimul.com daxil olaraq, ətraflı məlumat ala bilərsiniz.