Home Cəmiyyət Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib (FOTO)

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib (FOTO)

229
0
SHARE

Vətənin azadlığı uğrunda canından keçərək müqəddəs Şəhidlik məqamına yüksəlmiş Fərid Nağıyevin qız övladı dünyaya gəlib.

Trend-in məlumatına görə, şəhid balasına atasının arzusuna uyğun olaraq Anay adı verilib.

Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri, şəhidin döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib, körpənin doğumu münasibətilə ailə üzvlərinə göz aydınlığı verib, onlara hədiyyələr təqdim ediblər. Ailə üzvləri onlara göstərilən qayğıya görə dərin minnətdarlıqlarını bildirib.

Xəstəxanadan evə gəlmiş ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər.

Bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, ölkəmizdə şəhid ailələri və qazilərin qayğıları dövlət başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.