Qəhrəmanlıqları ilə dastan yazan, Vətənimizin bütövlüyü naminə canlarından keçmiş şəhidlərə borcumuz sonsuzdur. Onlara həm də ona görə borcluyuq ki, bizə gözəl, saf, ağıllı, vətənpərvər övladlar əmanət ediblər. Eyni zamanda, onları dünyaya gətirən, qəhrəman kimi yetişdirən və “Vətən sağ olsun!” deyib, öz balalarını Vətən yolunda qurban verən şəhidlərimizin ata-anaları qarşısında borcumuz var. Dərdlərinə şərik olmaq, qayğılarına qalmaq, təsəlli vermək bizim borcumuzdur. Çünki bu insanlar VƏTƏN uğrunda övlad qurban veriblər. Bu məqsədlə Sabirabad rayonu ərazisində yaşayan şəhid ailələri ilə növbəti görüşümüz baş tutdu. Söhbət etdik, çətinlikləri müzakirə etdik və artıq onların həlli istiqamətində əməlli addımlar atılır. Dəvətimi qəbul edərək, məsafə qət edib gününü mənimlə birlikdə keçirməyə sərf edən ata-anaların hər birinə təşəkkürümü bildirirəm.