Home Manşet Milli Məclisin deputatı Arzu Nağıyev CBC Radionun qonağı olub

Milli Məclisin deputatı Arzu Nağıyev CBC Radionun qonağı olub

869
0
SHARE

Milli Məclisin deputatı Arzu Nağıyev CBC Radionun qonağı olub. Deputat Ermənistanın Ağdamdan sonra niyə məhz Füzuli və Zəngilan rayonlarında daha çox mina basdırdığı məsələsinə aydınlıq gətirib, ardınca isə bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarında Ermənistan tərəfindən yerləşdirilən mina xəritələrinin alınması birmənalı olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının uğurudur. Deputat eyni zamanda onu da əlavə edib ki, xəritənin alınması önəmli məsələdir. Belə ki, bu sadəcə regional çərçivədə deyil, qlobal miqyasda layihələrin reallaşdırılmasını tezləşdirir. Ermənilər bütün dünyaya göstərdi ki, xəritə onlarda var, bundan sonra da büyük güclər Ermənistana təsir və təzyiq mexanizmlərini davam etdirilməlidir ki, digər ərazilərin də mina xəritələri təhvil verilsin. Ermənistanın bütün dünyaya insan hüquqlarından danışmasına baxmayaraq əməldə bu addımı Azərbaycan dövləti atdı. Belə ki, erməni əsilli 15 şəxsin Ermənistana təhvil verilməsi məhz Azərbaycanın humanist siyasətinin nəticəsidir. Daha ətraflı keçiddə:

https://www.facebook.com/104281341834857/videos/2971592499792978/