Home Manşet Mina xəritələrinin verilməsi Qarabağda yerli və beynəlxalq layihələrin icrasını sürətləndirəcək – Deputat

Mina xəritələrinin verilməsi Qarabağda yerli və beynəlxalq layihələrin icrasını sürətləndirəcək – Deputat

244
0
SHARE

Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarına basdırılan 92 min minanın xəritələrinin əldə edilməsi Azərbaycan Prezidenti, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin apardığı düşünülmüş siyasətin növbəti uğurudur. Mina xəritələrinin verilməsi Qarabağda yerli və beynəlxalq layihələrin icrasını sürətləndirəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməsi ilk növbədə insanların təhlükəsizliyinin təmin edilməsi, xüsusilə hazırda həmin ərazilərdə mina təmizləmə işləri ilə məşğul olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi baxımından çox önəmlidir:

“Eyni zamanda həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin sürətləndirilməsi, vaxt və maliyyə itkisinin qarşısının alınması baxımından da həmin xəritələrin ölkəmizə təqdim edilməsi olduqca əhəmiyyətlidir.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə həm yerli, həm də beynəlxalq əhəmiyyətli layihələrə start verilib. Xəritələrin alınması, əlbəttə, bu işlərin daha da sürətləndirilməsinə imkan yaradacaq və ən əsası insan itkilərinin qarşısını alacaq. Bu, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Füzulidə böyük nəqliyyat və infrastruktur layihələri həyata keçirilir. Burada beynəlxalq hava limanı tikilir. Bu baxımdan mina xəritələrinin əldə edilməsi həm yerli, həm də beynəlxalq səviyyəli layihələrin icrasını sürətləndirəcək və bu bölgədən olan məcburi köçkünlərimizin öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıdıb yaşamalarına imkan verəcək”.