Home Manşet “Yol infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzindədir” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Yol infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzindədir” KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

212
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə imzaladığı sərəncamlarla, verdiyi tapşırıqlarla ölkədə yol infrastrukturunun yaxşılaşması sahəsində çox mühüm işlər görülüb, tədbirlər həyata keçirilib. Demək olar ki, indi ölkə başdan-başa yeni yollarla, körpülərlə təchiz olunub.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, 18 min kilometrdən artıq yeni yollar çəkilir və bu da bilavasitə həm nəqliyyatın gediş-gəlişi üçün, insanların rahatlığı baxımından çox əhəmiyyətlidir və bu tədbirlərin davam etdirilməsi, bu gün də verilən sərəncamlarda, mühüm göstərişlərdə öz əksini tapmaqdadır.

“Ölkə rəhbəri Salyan rayonunun Salyan-Nefçala magistralı, Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolunun yenidən tikintisi ilə bağlı mühüm bir sərəncama imza atıb və bu yolların çəkilməsi üçün 6,8 milyon manat vəsait ayılıb və Avtomobil Yolları Dövlət Agentliyi sözsüz ki, bu tədbirlərin həyata keçirilməsinə nail olacaqdır. Əlbəttə ki, mədəniyyət yoldan başlayır və bu gün Azərbaycan ərazilərində mühüm əhəmiyyətli yolların çəkilməsi, istifadəyə verilməsi, hətta nəinki magistral yolların çəkilməsi, kənd yollarının, kəndarası yolların qaydaya salınması insanlar tərəfindən rəğbətlə qarşılanır. Elə bilirəm ki, bu tədbirlərin həyata keçirilməsi ölkə vətəndaşlarının rahatlığının təmin olunması üçün mühüm əhəmiyyət daşımaqla bərabər, həm də bir çox məhsulların daşınması, sahibkarlığın inkişaf etdirilməsi baxımından vacib və əhəmiyyətlidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə də belə əhəmiyyətli yolların çəkilməsi göstərir ki, həmin ərazilərdə həyat tez bir zamanda canlanacaq və əhali həmin yerlərə, ata-baba ocaqlarına qayıdacaqlar.

Yol inkişafdır, yol məndəniyyətdir, yol rahatlıqdır. Verilmiş hər bir sərəncam vətəndaşların böyük sevincinə səbəb olur və əlbəttə ki, bu, bizim gələcək inkişafımız üçün mühüm önəm daşıyır”, deyə Tahir Rzayev bildirib.