Home Manşet Tahir Rzayev: Prezidentin Fərmanı aqrar sahədə əsaslı dönüş yaradacaq

Tahir Rzayev: Prezidentin Fərmanı aqrar sahədə əsaslı dönüş yaradacaq

245
0
SHARE

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında Fərman rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının, emal məhsullarının, emal sənayesinin genişləndirilməsi, əlverişli maliyyə resurslarına asan çıxışın təmin edilməsi, bazar infrastrukturuna və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması, ilk növbədə ölkənin ərzaq təhlkəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, Azərbaycanda aqrar sahənin sürətli inkişafı, bu sahədə həyata keçirilən mühüm tədbirlərin, proqramların nəticəsi olmaqla, qeyri-neft sektorunun irəliləməsi, ixrac potensialının artırılması, işsizliyin aradan qaldırılması, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bu Fərman çox vacibdir.
“İmzalanmış yeni Fərman məhz aqrar sektorun daha da inkişaf etdirilməsinə, bu sahədə istehsalın və emal sənayesinin təkmilləşməsinə xidmət edir. Bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi, torpaqların kateqoriyalarının dəqiq müəyyənləşdirilməsi, idarə edilməsi, mühafizəsi, qanunsuz istifadənin qarşısının alınması, münbitliyinin qorunması, bərpası, aqroparkların fəaliyyətinin tənzimlənməsi, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə olunması, ixrac məqsədli aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqi, aqrar istehsal sahəsində fəaliyyət göstərən müəssisələrin, habelə, aqroparkların investisiya təşviqi mexanizmindən yararlanma imkanlarının genişləndirilməsi, aqrar istehsal və emalla məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi verilməsi, kənd təsərrüfatı məhsullarının ixracı üçün prosedurların sadələşdirilməsi və sair vacib məsələlər Fərmanda əsas vəzifə kimi qarşıya qoyulubdur. Fərmanla əlaqədar görüləcək tədbirlər sözsüz ki, ölkədə aqrar sahənin inkişafına, məhsul istehsalının artırılmasına, emal sənayesinin mütərəqqi üsullarla formalaşmasına böyük təkan verəcəkdir. Bu da ölkə iqtisadiyyatının davamlı olması, insanların daha yaxşı yaşaması, işləməsi üçün vacibdir və dövlətimizin rəhbərinin uğurlu gələcəyə hesablanmış siyasətinin ifadəsidir”, deyə Tahir Rzayev bildirib.