Home Manşet Dövlətimizin davamlı dəstəyi medianın inkişafına yeni imkanlar yaradır

Dövlətimizin davamlı dəstəyi medianın inkişafına yeni imkanlar yaradır

235
0
SHARE

22 iyul Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu il Azərbaycan jurnalistləri ilk dəfədir ki, bu tarixi günü qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Onların hər birinə bundan daha gözəl, daha mənalı bayram təbriki yoxdur. Bəziləri peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıblar, Allah onlara rəhmət eləsin!
Azərbaycan mətbuatı çox böyük, keşməkeşli və zəngin yol keçib. Bu gün isə dövlətimizin davamlı dəstəyi medianın inkişafına, fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə yeni imkanlar yaradır.
Azərbaycan jurnallistləri cəmiyyəti narahat edən problemlərə işıq salmaqla yanaşı, dövlətin mövcud çətinliklərə, meydana çıxan neqativ hallara daha operativ, çevik və dəqiq reaksiya verməsində də müstəsna rol oynayır.
Mən bütün jurnalistlərimizi, media qurumlarında çalışan dostlarımızı 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara şərəfəli və çətin peşələrində uğurlar arzulayıram!
Bayramınız mübarək, əziz dostlar!

Dərin hörmət və ehtiramla,
Ramin Məmmədov
Milli Məclisin deputatı