Ermənistanın Azərbaycanla sərhəddə ciddi cəhdlə vəziyyəti gərginləşdirmək istəməsi ardıcıl olduğu üçün əsla təsadüfi xarakter daşımır. Görünür, düşmən ölkənin xüsusi planları var və bu planların mümkün ssenarilərindən biri də yenidən Azərbaycanı müharibəyə cəlb etmək ola bilər. Ancaq biz bilirik ki, 44 günlük davam edən İkinci Qarabağ savaşında qəhrəman Azərbaycan ordusu erməni orudusunu muzduluları, terroristləri və diversantları ilə birlikdə məhv edib. Hazırda ermənilər də bilirlər ki, onlar genişmiqyaslı müharibə aparmağa qadir deyillər. Çünki nə ordu var, nə də əvvəlki həvəsli muzdlular və beynəlxalq terrorçular ermənilər tərəfindən artıq savaşmayacaqlar. Belə olan halda ermənilərin məqsədi regiona digər dövlətləri cəlb etməklə yenidən müharibə alovlandırmaq niyyəti ola bilər ki, doğrusu, bu həvəsdə olan bəzi dövlətlər də yox deyil. Məsələn, Fransanın timsalında biz Ermənistana istənilən dəstəyi verməyə hazır olan bir nümunə gördük. Ancaq bu dəstək də ermənilərin revanşist cəhdləri üçün yetərli deyil. Çünki regionun aparıcı aktorları Rusiya-Türkiyə-Azərbaycan strateji xətti regionda sabitliyin qorunması və yaranmış yeni geostrateji reallığın möhkəmləndirilməsində maraqlıdır. Bəzi Qərb gücləri isə öz ordularını heç olmasa “sülhməramlı” statusunda Rusiya ilə bərabər Cənubi Qafqazda görmək istəyirlər. Bununla da hesab edirlər ki, Rusiyaya qarşı Cənubi Qafqazda “geostrateji plüralizmi” təmin edə və yenidən Azərbaycana təzyiq etməklə ermənilərin əlini gücləndirə bilərlər. Yəni, mümkün təxribat çoxməqsədli və çoxkombinasiyalıdır. Ancaq bu miqyasda təxribatı həyata keçirmək üçün ermənilərin hərbi gücü, onu bu təxribatlara həvəsləndirənlərin isə regionumuzda konkret hərbi siyasi və iqtisadi alətləri yoxdur. Ona görə də erməni siyasi elitasının “ağıllı təxribat strategiyları” bəri başdan uğursuzluğa məhkumdur. Azərbaycan isə olduqca ciddi hərbi-siyasi və iqtisadi təşəbbüslərlə post-münaqişə dövrünü möhkəmləndirməklə yeni geostrateji reallığı hamıya qəbul etdirməkdədir.
Home Manşet Erməni siyasi elitasının “ağıllı təxribat strategiyları” bəri başdan uğursuzluğa məhkumdur